• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

“Paris-2024”: Fransa polisi 7 nəfəri saxlayıb

DÜNYA

08 Avqust 2024 | 13:50

“Paris-2024”: Fransa polisi 7 nəfəri saxlayıb

Fransa polisi Paris küçələrində dolaşan və üzərində Olimpiya Oyunlarının açılış mərasimindən “şənliklər” səhnəsinin şəkilləri olan, eləcə də katoliklərin “Son şam yeməyi”nin təsviri və “Xristianlara hücumu dayandır” yazısı ilə bəzədilmiş avtobusdakı 7 nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, polis tərəfindən saxlanılan avtobusdakı ispanlar daha sonra sərbəst buraxılıb və prokurorluq prosedurdakı qanunsuzluqları pisləyib. Bildirilir ki, İspaniyada qeydiyyatda olan bu avtobus rəsmi olaraq Olimpiya Oyunlarına məxsusdur. Olimpiya Oyunlarının açılış mərasimində katoliklərin “Son şam yeməyi”nin təsviri ifrat sağçıların və bəzi dindarların qəzəbinə səbəb olmuşdu. Polis məhz bu şəklə görə avtobusu izləyib və “CitizenGo” assosiasiyasının 7 üzvünü saxlayıb. Ancaq prokurorluq prosedurun qanun pozuntusu olduğunu deyərək onları sərbəst buraxıb.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024