• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Paris-2024: Stadnik Olimpiadanı medalsız başa vurdu - YENİLƏNİB

İDMAN

06 Avqust 2024 | 21:50

Paris-2024: Stadnik Olimpiadanı medalsız başa vurdu - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, buna dördqat olimpiya mükafatçımızın 1/4 finalda uduzduğu rəqibi monqolustanlı Otqonjarqal Dolqoryavın finala çıxa bilməməsi səbəb olub.

Beləliklə, Azərbaycanın Paris Olimpiadasındakı yeganə qadın güləşçisi mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

15:25

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

14:38

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


SON XƏBƏRLƏR

14 Yanvar 2025