• Bakı 17° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanın üç cüdoçusu Avropa çempionatında finala yüksəlib

İDMAN

05 Sentyabr 2024 | 16:59 | Müəllif: Əli Hüseynov

Azərbaycanın üç cüdoçusu Avropa çempionatında finala yüksəlib

Estoniyanın paytaxtı Tallin şəhərində gənc cüdoçular arasında Avropa çempionatına start verilib.

Bakkıvaxtı.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç cüdoçusu finala yüksəlib.

Kişilər arasında Nizami İmranov (60 kiloqram), qadınların mübarizəsində isə Könül Əliyeva (52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

Onlar qızıl medal uğrunda görüşdə müvafiq olaraq, ukraynalı Nazar Viskov, türkiyəli Zilan Ərtəm və gürcüstanlı Nino Loladze ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR