• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Cüdoçularımız Avropa çempionu oldular - YENİLƏNİB

İDMAN

05 Sentyabr 2024 | 18:36

Cüdoçularımız Avropa çempionu oldular - YENİLƏNİB

Azərbaycan iki qadın cüdoçusu Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 48 kiloqramda Könül Əliyeva və 57 kiloqramda Fidan Əlizadə finalda öz rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

60 kiloqram çəkidə mübarizə aparan kişi cüdoçu Nizami İmranov isə həlledici görüşdə uduzaraq gümüş mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatına sentyabrın 8-də yekun vurulacaq.

 

***17:50

Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.

Finalda uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026