• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zaqreb Qran-Prisində bu cüdoçularımız yarışacaq

İDMAN

05 Sentyabr 2024 | 17:13 | Müəllif: Əli Hüseynov

Zaqreb Qran-Prisində bu cüdoçularımız yarışacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Bakıvaxtı.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə 8 çəki dərəcəsi üzrə 2 qadın və 6 kişi idmançı təmsil edəcək.

Qadınların yarışında Aydan Əliyeva (52 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli, Zəməddin Poladov (hər ikisi 81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) və İmran Yusifov (+100 kiloqram) gücünü yoxlayacaq.

Qeyd edək ki, Qran-Pri sentyabrın 13-15-də təşkil olunacaq.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026