• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub - YENİLƏNİB

İDMAN

30 Iyul 2024 | 13:35

Paris-2024: Azərbaycan üzgüçüsü çıxışını başa vurub - YENİLƏNİB

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub. İdmançı yekunda 25-ci yerlə kifayətlənib.

***

13:10

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək.

Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026