• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Paşinyan Ermənistanda çevriliş planından DANIŞDI

CƏMİYYƏT

25 Iyun 2025 | 00:45 | Müəllif: Subhan Mahmudov

Paşinyan Ermənistanda çevriliş planından DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə baş tutmamış çevriliş planını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə “Civic” nəşrinin paylaşımını şərh edən Paşinyan yazıb:

“Bu proses tarixdə xainlərin uğursuz çevrilişi kimi qalacaq”.

Qeyd edək ki, sözügedən nəşrdə müxalifətin hakimiyyəti devirmək planından bəhs olunub. Yazıda Ermənistanın sabiq prezidentləri və bir sıra Rusiya şirkətləri də qeyd olunub.

Nəşr həmçinin daha əvvəl ictimaiyyətə məlum olmayan “Çevriliş strategiyası” adlı sənədin yeddi səhifəlik skanını dərc edib. Sənədin birinci səhifəsində planın məqsədi kimi “Paşinyanı devirmək və hakimiyyəti xalqa, kilsəyə və digər qurumlara ötürmək” göstərilir./Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026