• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Salyanda Kürün səviyyəsi kəskin şəkildə düşdü

CƏMİYYƏT

24 Iyul 2025 | 21:18 | Müəllif: Subhan Mahmudov

Salyanda Kürün səviyyəsi kəskin şəkildə düşdü

Son iki ayda Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayda suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Bakıvaxtı.az xəbər verir ki, son günlər havaların quraq keçməsi Kür çayına da ciddi təsir göstərib.

Çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalır. Son iki ayda isə Kürdə suyun səviyyəsi 4 metrdən çox aşağı düşüb.

Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilsədə çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edir ki, çayda suyun azalması prosesi avqust ayınadək davam edəcəyi gözlənilir./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026