• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Pensiyaçılara yenidən maddi yardım veriləcək? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

05 Aprel 2024 | 12:29 | Müəllif: Subhan Mahmudov

Pensiyaçılara yenidən maddi yardım veriləcək? - RƏSMİ AÇIQLAMA

Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026