• Bakı 12° C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Pensiyalar indeksləşdirilir - SƏRƏNCAM

SİYASƏT

08 Fevral 2022 | 12:25

Pensiyalar indeksləşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərəncam əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək, COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərini yumşaltmaq, həmçinin postmüharibə dövründə xüsusi əhali qruplarına dövlət qayğısını artırmaq məqsədi daşıyır.

Sərəncamla 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026