• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pensiyaların səhv hesablanması ən çox bu tarixə qədər baş verib

CƏMİYYƏT

23 Yanvar 2023 | 11:34

Pensiyaların səhv hesablanması ən çox bu tarixə qədər baş verib

Azərbaycanda pensiyaların səhv hesablanması və yanlış ödəmələr ən çox 2020-ci ilə qədər baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, 2020-ci ildən sonra səhv ödəmələrlə bağlı göstəricilər cüzi olub.

“Biz “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməklə pensiya amnistiyası tətbiq etdik. Bu amnistiya vətəndaşları xeyli yükdən azad edəcək”.

Deputat Jalə Əliyevanın pensiyaların artıq hesablanmasında müvafiq qurumların əməkdaşlarının da səhvinin olması ilə bağlı məsələyə münasibət bildirən M.Quliyev bildirib ki, qanunvericiliyə əsasən vəsaiti kimi alıb xərcləyibsə o da qaytarmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026