• Bakı 25° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“Giləzi-Quşçuluq" CƏRİMƏLƏNDİ - SƏBƏB 

CƏMİYYƏT

22 Fevral 2023 | 10:42

“Giləzi-Quşçuluq CƏRİMƏLƏNDİ - SƏBƏB 

“Giləzi-Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, “Giləzi-Quşçuluq Şirkəti” barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi əsasında protokol tərtib edərək işi Xızı Rayon Məhkəməsinə göndərilib.

Bu məcəlləni 462.1-ci maddəsinda bildirilib ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.  

İş hakim İlqar Cabbarovun sədrliyi ilə araşdırılacaq.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026