• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Peyvənd olunan müəllimlərin sayı AÇIQLANDI

CƏMİYYƏT

12 Aprel 2021 | 18:29

Peyvənd olunan müəllimlərin sayı AÇIQLANDI

Ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə vaksinasiya olunmuş məktəb heyətinin ümumi sayı 70 027 nəfər (31,48 faiz) təşkil edir. Ümumi sayın 16 032 nəfəri (30,44 faiz) Bakının, 3 561 nəfəri (60,50 faiz) Sumqayıtın, 2 090 nəfəri Abşeronun (36,40 faiz), 48 344 nəfəri isə (30,57 faiz) regionların payına düşür.

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və regionlar üzrə 50 yaşdan yuxarı vaksin olummuş məktəb heyətinin ümumi sayı isə 48 285 nəfərdir (55 faiz).

Bakı üzrə 50 yaşdan yuxarı vaksin olunmuş heyətin sayı 11 868 nəfər (57 faiz), Sumqayıt üzrə 1 807 nəfər (70 faiz), Abşeron rayonu üzrə 910 nəfər (64 faiz), regionlar üzrə isə 33 700 nəfər (54 faiz) təşkil edir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026