Martın 30-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,573 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvatxı.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 547,541 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
















