• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Son sutkada 33 mindən çox vaksin vurulub

CƏMİYYƏT

08 Dekabr 2021 | 16:37

Son sutkada 33 mindən çox vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33245 vaksin vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3355 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 25941 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10772313, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5107205, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4601258 nəfər təşkil edir.

Ümumilikdə isə 1063850 buster doza vurulub.


Son sutkada 33 mindən çox vaksin vurulub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026