• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

CƏMİYYƏT

07 Yanvar 2022 | 15:13 | Müəllif: Qalib İbrahimoğlu

Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin (deportasiya) tətbiqi məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

DMX rəisi deyib ki, bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını qanuniləşdirmək məqsədilə DMX-ya müraciət etmək üçün dəvət olunurlar.

Onun sözlərinə görə, qanuniləşmə (leqallaşma) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR