• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şuşa abidələrinin “Bərpa təlimatı” hazırlanıb

CƏMİYYƏT

07 Yanvar 2022 | 15:34 | Müəllif: Qalib İbrahimoğlu

Şuşa abidələrinin “Bərpa təlimatı” hazırlanıb

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə. bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb: "Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır".

A.Cəfərli deyib ki, Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib: "Şuşada aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb. Eyni zamanda, Şuşa şəhərində dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb" deyən Xidmət rəisinin sözlərinə görə, bununla əlaqədar “Şuşa-Azərbaycan Mədəniyyətinin Paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.

Dediyinə görə, Şuşa və Ağdam şəhərində yerləşən abidələr monitorinq olunub, təxirəsalınmaz mühafizə işlərinin aparılması zəruri olan bir sıra xüsusi əhəmiyyətə malik abidələr müəyyən edilmiş və onların siyahıları hazırlanıb.

Dövlət Xidmətinin əməkdaşları tərəfindən mövcud xəritə və arxiv sənədlər əsasında Şuşa şəhəri ərazisində yerləşən abidələr inventarlaşdırılaraq mövcud vəziyyətlərinə uyğun təsnifatlaşdırılıb, həmçinin koordinatları dəqiqləşdirilmiş və fotoşəkilləri çəkilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR