• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Peyvənd orucu pozurmu? - İlahiyyatçıdan cavab

CƏMİYYƏT

11 Aprel 2022 | 20:14 | Müəllif: Subhan Mahmudov

Peyvənd orucu pozurmu? - İlahiyyatçıdan cavab

İki ildən çoxdur ki, davam edən pandemiya həyatımızın bir hissəsinə çevrilib. Koronavirusla mübarizədə tez-tez istifadə olunan dezinfeksiyaedicilərin, maye məhlulların, eyni zamanda vaksin və digər vasitələrin orucu batil edib-etmədiyi hər kəsi maraqlandıran suallardandır.

Bakıvaxtı.az xəbər verir ki, trend-ə açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, gigiyena məqsədi ilə odekolon və dezinfeksiyaedici maddənin istifadəsi orucu pozmur.

“Artıq iki ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir.

Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi aparılır. Əgər vurulan iynə qidanı əvəz etmirsə, bu, orucu pozmur”, - deyə ilahiyyatçı bildirib.(medicina.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026