• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pikasso və Şaqalın oğurlanan əsərləri zirzəmidə tapıldı

DÜNYA

17 Yanvar 2024 | 14:06

Pikasso və Şaqalın oğurlanan əsərləri zirzəmidə tapıldı

Dünyaca məşhur rəssamlar Pablo Pikasso və Mark Şaqalın 2020-cu ildə oğurlanan iki rəsm əsəri Belçikada tapılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Belçikanın “La Libre” qəzeti yayıb. 

Həmin il israilli kolleksiyaçıdan Təl-Əvivdə oğurlanan rəsm əsərləri Namyur şəhərinin bir sakinində aşkar edilib. Hazırda sözügedən şəxsə qarşı ittiham irəli sürülüb və həbs edilib. 

Əsərlər evin zirzəmisində bükülmüş vəziyyətdə tapılıb. Burada söhbət Pikassonun “Tête”, Şaqalın isə “L’Homme en Prière” əsərindən gedir. Onların ümumi qiyməti təqribən 900 min dollar olaraq qiymətləndirilir. Bu rəsm nümunələri ilə yanaşı 680 min dollar dəyərində müxtəlif bəzək əşyalarının da oğurlandığı bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026