• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Piyadanı vurub qaçan sürücü saxlanıldı

CƏMİYYƏT

16 Aprel 2021 | 10:32

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş atomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “VAZ-2107” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026