• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Plastik əməliyyat keçirən Nigar danışdı

MƏDƏNİYYƏT

16 Yanvar 2023 | 22:02 | Müəllif: Subhan Mahmudov

Plastik əməliyyat keçirən Nigar danışdı

Əməkdar artist Nigar Şabanova növbəti dəfə plastik əməliyyat keçirib.  

Bakıvaxtı.az bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  

Nigar klinikaların birində palatada güzgü önündə xəstə geyimində çəkdiyi selfisini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək üzündən əməliyyat olunacağını yazıb.  

"Tezliklə stressdən, yorğun düşmüş üzümdən kompleks daşıdığım yanaqlardan əsər də qalmayacaq", - deyə Nigar bildirib.  

Bizim.media-nın əməkdaşı Nigar Şabanova ilə əlaqə saxlayıb. Sənətçi artıq əməliyyat olunduğunu və cərrahi müdaxilənin uğurla keçdiyini, lakin ağrılarının olduğunu açıqlayıb:

"Sonuncu efirdə yanaqlarıma baxıb, dəhşət kompleks keçirdim. Anidən qərar verdim ki, yanaqlarımın həcmini kiçildim. Çox ağır əməliyyatdır. Ümüd edirəm istədiyim nəticəni əldə edəcəyəm".

Qeyd edək ki, ötən ilin sonları Nigar Şabanova bədənşəkilləndirmə əməliyyatı keçirərək, qarın piylərindən azad olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026