• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Polis Akademiyasında təhsil 4 ildir, 2 rütbə verilir - VİDEO

CƏMİYYƏT

24 Oktyabr 2024 | 10:23

Polis Akademiyasında təhsil 4 ildir, 2 rütbə verilir - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquqşünaslıq və İnformasiya Təhlükəsizliyi fakültələrində əyani təhsil 4 ildir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev “Real” Tv-yə müsabihəsində deyib.

Bildirilib ki, xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Akademiyada 4 illik təhsil müddətinə hərbi xidmət də daxildir.  Məzun-kursantlara daxili işlər naziri tərəfindən polis leytenantı xüsusi rütbəsi ilə yanaşı, leytenant hərbi rütbəsi, “əlaçı” bitirən kursantlara bir pillə yuxarı, baş leytenant rütbəsi verilir.

Qeyd edək, 2024-cü ildə orta məktəbləri bitirən 500 abituriyent Polis Akademiyasına qəbul olub.

Minimum keçid 3-cü qrup üzrə 451.9, ən yüksək bal 665 olub. Onlardan 50 nəfər 600-dən yüksək bal toplayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026