• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Polis pakistanlı sürücünü güllələdi

DÜNYA

13 Iyul 2023 | 14:13

Polis pakistanlı sürücünü güllələdi

“Yunanıstanda polis əməkdaşı Pakistan vətəndaşını güllələyib”.

Bakıvaxtı.az “Greek City Times”a istinadən xəbər verir ki, polis əməkdaşları qaçırılan avtomobili müəyyən etdikdən sonra sürücüyə "saxla" əmrini veriblər. Lakin həmin şəxs əmrə tabe olmayaraq sürəti artırıb və qaçmağa çalışıb. Az sonra sürücü idarəetməni itirərək maşını parklanmış avtomobillərə çırpıb. Polis əməkdaşı hadisə yerindən qaçmağa çalışan şəxsə atəş açaraq onu ölümcül yaralayıb.

Həlak olan şəxsin 20 yaşlı Pakistan vətəndaşı olduğu müəyyən edilib. Onun qeyri-leqal miqrant ticarəti ilə məşğul olduğu səbəbindən məhkumluq həyatı yaşadığı və bir müddət əvvəl azad olunduğu müəyyən edilib.

Onu öldürən polis əməkdaşı həbs edilib. Onunla birlikdə olan polis əməkdaşları istintaqa cəlb olunub.

Qanunsuz miqrant ticarəti ilə məşğul olan şəxsin cəzasını çəkdikdən sonra hansı səbəbdən ölkəsinə deportasiya olunmaması da ölkə mediasında müzakirə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026