• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Polis qanunsuz silah saxlayanları aşkarladı

CƏMİYYƏT

23 Noyabr 2023 | 19:08

Polis qanunsuz silah saxlayanları aşkarladı

Cəlilabad və Biləsuvar sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində beş nəfər Cəlilabad rayon sakini, bir nəfər Biləsuvar rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov tüfənglərini aidiyyəti polis şöbələrinə könüllü olaraq təhvil veriblər.

Füzuli rayon sakini də odlu silahını polisə təhvil verib.

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Saatlı rayon sakinindən də odlu silah aşkar edilib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini özündə olan ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR