• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polis Zaqatalada çayda köməksiz qalan azyaşlıları xilas etdi

CƏMİYYƏT

07 Iyul 2021 | 22:11

Polis Zaqatalada çayda köməksiz qalan azyaşlıları xilas etdi

Dünən axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıb.

İçərisində ikisi azyaşlı olmaqla, ümumilikdə beş nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026