• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycanın KTMT-yə üzv olmağı real görünmür - POLİTOLOQ

CƏMİYYƏT

06 Avqust 2021 | 17:19

Azərbaycanın KTMT-yə üzv olmağı real görünmür - POLİTOLOQ

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bildirib ki, KTMT dövlətləri və üzvləri informasiya sahəsində də daxil olmaqla açıqlığın artırılması və təşkilatın xarici əlaqələrinin genişləndirilməsi istiqamətində bir kurs keçiblər. Müxtəlif maraqlı ölkələrin KTMT -nin fəaliyyətinə tərəfdaş və ya müşahidəçi qismində qoşulmasını təmin edən sənədlər qəbul edilmişdir. Bildiyiniz kimi, bu cür qərarlarkonsensus əsasında qəbul edilir. Azərbaycan tərəfdən belə bir müraciət hələ təqdim edilməyib. Bəs Azərbaycanın KTMT-yə qoşulması niyə real görünmür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Azərbaycanın KTMT-yə müraciət etməməsinin səbəblərindən danışıb:

Gəlin həqiqəti deyək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dedikdə söhbət Rusiyanın başçılığı altında hərbi-siyasi təşkilatdan gedir. Hansı ki, bu təşkilatın fəaliyyətinin genişləndirilməsi, üzv və müşahidəçi dövlətlərin qəbul edilməsi sırf Rusiyanın öz siyasi ambisiyasını genişləndirmək istəməsi ilə bağlıdır. Təbii ki, bu konteksdə həmin təşkilatın daxilində görürük ki, artıq üzv olan dövlətlər istəsələr də, təşkilatı tərk edə bilməzlər. O ki qaldı Azərbaycanın üzvlük üçün müraciət esməməsinə, bu təşkilata üzvlüyü ilə bağlı ara-sıra Rusiyada mətbuatlar, ekspertlər və dövlət nümayəndələri tərəfindən Azərbaycana atmacalar atılırdı.

Müəyyən vaxtlarda qeyd edirdik ki, Azərbaycanın əsas istəkləri yerinə yetirilərsə, təbii ki, biz də müxtəlif təşkilatlarla bağlı müəyyən istəklərini reallaşdıra bilərik. Lakin biz görürük ki, gələcəkdə Qarabağın dağlıq hissəsi ilə bağlı ən böyük maneələrdən biri Rusiya olacaq. Digər tərəfdən, elə Laçın dəhlizində hələ də problemlər yaşanması onu göstərir ki, Moskva heç də bütün istiqamətlərdə verdiyi vədi yerinə yetirməyib. Bu konteksdə Azərbaycanın hər hansı təşkilata üzv olmağından danışmaq həm tez, həm də rəsmi Bakı üçün qeyri-məntiqli addım olardı. Azərbaycan Türkiyə ilə Şuşa bəyannəməsini imzalayıb öz ordusunu Türkiyə ilə NATO standartlarına uyğunlaşdırdı. Belə olan təqdirdə, bizim KTMT-ya üzv olmağımız real görünmür. Xüsusən də söhbət həmin təşkilatda olan bəzi dövlətlərin bu illər ərzində Azərbaycanın torpaqlaqlarını işğal altında saxlaması və ya himəyadarlıq etməsindən gedir. Təbii ki, üzvlük real deyil. Lakin müşahidəçi statusu da ara-sıra mətbuatda gedən məlumatlardan biri idi. Hətta bizim həmin təşkilatda müşahidəçi statusunda yer almağımız üçün də Rusiya lazım olan addımları atmadı. Buna görə də, bu məsələ açıq olaraq qalır və yaxın vaxtlarda həllini tapacağını da düşünmürəm. Bizim əsas istiqamətimiz Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı daha da genişləndirməkdir. Bu konteksdə hər hansı bir 3-cü hərbi təşkilata üzv olmağımız qeyri-realdır.  Biz qoşulmama hərəkatı, Tükiyə və Pakistanla hərbi, texniki əməkdaşlıqlarımızı gücləndirməklə gələcək hədəflərimizi hər kəsin diqqətinə çatdırıq.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR