• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Polşada parlament seçkiləri və referendum başa çatdı

DÜNYA

15 Oktyabr 2023 | 23:31

Polşada parlament seçkiləri və referendum başa çatdı

Polşada növbəti parlament seçkiləri və referendum üzrə səsvermə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, 14 saatlıq fəaliyyətdən sonra yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 23:00) ölkə üzrə seçki məntəqələri bağlanıb.

Dövlət Seçki Komissiyasının (DSK) son məlumatlarına görə, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığı rekord sayda – 57,54 % təşkil edib. Yerli mətbuat seçki məntəqələri qarşısında axşam saatlarınadək davam etmiş uzun növbələrin yarandığını bildirib.

Seçkilər ciddi pozuntular olmadan keçirilib.

Polşa vətəndaşları Seymə (parlamentin aşağı palatası) 460 deputat və 100 senator (yuxarı palata üzvləri) seçiblər. Eyni zamanda, ölkədə pensiya yaşı, dövlət müəssisələrinin satışı, miqrasiya siyasəti və Polşa-Belarus sərhədinin təhlükəsizliyi ilə bağlı məsələlərlə bağlı referendum keçirilib.

Dövlət Seçki Komissiyası səslərin hesablanmasına başlayır və ilk rəsmi məlumatları bazar ertəsi, yekun nəticələri isə oktyabrın 17-də təqdim etmək niyyətindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR