• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqa: Daha iki oyun koronavirusa görə təxirə salındı

İDMAN

27 Dekabr 2021 | 00:39 | Müəllif: Qalib İbrahimoğlu

Premyer Liqa: Daha iki oyun koronavirusa görə təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasında daha iki oyun koronavirusa görə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, 20-ci tur çərçivəsində keçirilməli olan “Arsenal” – “Vulverhempton” və “Lids” – “Aston Villa” matçları nəzərdə tutulan vaxtda keçirilməyəcək. Buna “Vulverhempton” və “Lids” klublarında koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 

Hər iki oyunun dekabrın 28-də keçirilməsi nəzərdə tutulmuşdu. Son həftələrdə Premyer Liqada demək olar hər turda azı 3-4 oyun koronavirusa görə təxirə salınır. Bu matçların nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək./matc.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR