• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Mahirin yerinə başqa hücumçumuz olmadığından şikayətlənmirəm”

İDMAN

25 Yanvar 2022 | 21:44 | Müəllif: Subhan Mahmudov

"Mahirin yerinə başqa hücumçumuz olmadığından şikayətlənmirəm”

“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç növbəti dəfə millimizin üzvü Mahir Emreli ilə bağlı danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, sport.tvp nəşrinə müsahibəsində “Komandaya yeni hücumçu cəlb olunacaqmı” sualını cavablandırarkən Mahirin “Legiya”nın oyunçusu olduğunu xatırladıb: 

“Emreli hələ də bizim oyunçumuzdur və müqaviləmiz olan futbolçular siyahısındadır. Başa düşməlisiniz ki, belə vəziyyətdə çox oyunçu cəlb etmək asan deyil. Amma heyətimizə baxanda panikaya düşmürəm. Pekhart, Lopes, Vłodarçik və Rosołek “Legiya” üçün çox vacib oyunçulardır. Əmrəlinin yerinə başqa hücumçumuz olmadığından şikayət etmək istəmirəm”. 

Xatırladaq ki, Mahir Emreli “Legiya”nın təlim-məşq toplanışına qoşulmayıb. Məlum azarkeş hücumundan sonra Varşava təmsilçisi ilə müqaviləsini pozmaq istəyən 25 yaşlı hücumçunun adı bir sıra klublarla hallanır.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026