Boks üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.
Bakıvaxtı.az-ın məlumatına görə, bir müddət koronavirusdan müalicə olunan Mahir Hüseynov yerləşdirildiyi tibb müəssisəsində vəfat edib.
Qeyd edək ki, M.Hüseynov Gəncə boks məktəbinin yaradıcılarından olub. Onun tələbələri dünya, Avropa və Azərbaycan çempionu adlarını qazanıb.
















