• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Şəhriyar Məmmədyarov Karlsenə uduzdu

İDMAN

25 Yanvar 2022 | 20:21 | Müəllif: Subhan Mahmudov

Şəhriyar Məmmədyarov Karlsenə uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026