• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Premyer Liqa: "Sabah" "Sumqayıt"ı məğlub edib

İDMAN

17 Mart 2024 | 21:24 | Müəllif: Subhan Mahmudov

Premyer Liqa: "Sabah" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Bakıvaxtı.az bildirir ki, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. "Bayquşlar"ın heyətində Anatoli Nuriyev 25-ci dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. 84-cü dəqiqədə meydan sahiblərinin heyətində Erik Sorqa fərqi azalda bilib.

Bu nəticədən sonra 40 xala malik olan "Sabah" ikinci pillədəki "Neftçi"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 39 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"u məğlub edib - 3:1. Əvvəlki oyunlarda "Neftçi" "Səbail"i (3:0), "Zirə" "Kəpəz"i (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Qəbələ" matçında qalib müəyyənləşməyib - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026