• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən MƏHRUM EDİLDİ

GÜNDƏM

24 Iyul 2023 | 14:21 | Müəllif: Qalib İbrahimoğlu

Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən MƏHRUM EDİLDİ

Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərar verib.

    Sərəncama əsasən, aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum ediliblər:

    Sahib Yunus oğlu Ələkbərov;

    Yasin Seyfulla oğlu Məmmədov.

    Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR