• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir?

GÜNDƏM

17 Avqust 2021 | 18:41 | Müəllif: Subhan Mahmudov

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib. 

Bakıvaxtı.az Unikal.org-a istinadən xəbər verir ki, sərəncama əsasən general-leytenant rütbəsi alan Elşən Ələkbər oğlu Verdiyev DSX Sahil Mühafizəsinin rəisidir. O, bu vəzifəyə general-leytenant Əfqan Nağıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edildikdən sonra təyin edilmişdi.

General-leytenant rütbəsi alan Cavid Mirhəmzə oğlu Abdullayev isə DSX-nin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini vəzifəsində xidmət edir.

Dövlət başçısının imzaladığı sərəncama əsasən, DSX-nin iki zabitinə general-mayor rütbəsi verilib. General-mayor rütbəsi alan Babək Qurbanov Vətən Müharibəsi Qəhrəmanıdır. Prezidentin sərəncamına əsasən, DSX-nin daha bir polkovniki Faiq Həmzəağa oğlu Məmmədova da general-mayor ali hərbi rütbəsi verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026