• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Problemli kreditlər bu ilki həcmi AÇIQLANDI

CƏMİYYƏT

10 Iyul 2023 | 10:43

Problemli kreditlər bu ilki həcmi AÇIQLANDI

“Bank Ombudsmanın yaradılması müsbət hadisəydi və məhkəmə-hüquq sistemində böyük nüfuzu olan bir şəxsin o quruma rəhbərlik etməsi məhkəməyə alternativ həll imkanlarının yaradılması üçün mühüm təşəbbüs sayıla bilərdi. Lakin “ənənələr qanunlardan üstündür” fəlsəfəsi öz təsirini göstərdiyi üçün statistik mənzərə məhkəmlər və qeyri-inzibati vasitələr arasında dinamikanı izləməyə imkan verir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib. 

O qeyd edib ki, Ombudsmana edilən müraciətlərin sayı ildən-ilə azalıb: :2017-ci ildə 165, 2018-ci ildə 150, 2019-cu ildə 89, 2020-ci ildə 55, 2021-ci ildə 31 və nəhayət, ötən il cəmisi 26 müraciət olub. 

Problemli kreditlər bu ilin 1 mayına olan məlumata görə, 591.8 milyon təşkil edib. Lakin biz indi həmin rəqəmin əvvəlki ildən 0.3 faiz az, yaxud çox olması üzərində dayanmayacağıq. Müvafiq dövlət və hökumət institutları nəhayət, yarım milyard təşkil edən borc yükünün subyektləri arasında problemin birdəfəlik həlli yollarını tapacağı təqdirdə, biz o yükü ildən-ilə ötürmərik. Müzakirələrin əsas məqsədi bank və maliyyə mübahisələrinin sivil həlli yollarını tapmaq, ona rəvac verən sosial-iqtsadi, eləcə də hüquqi problemləri ortaya çıxarmaqdır”.  

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026