Rusiyalı psixoloq Veronika Stepanova 74 yaşlı müğənni Alla Puqaçovanın vəziyyətini qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Puqaçovanın ruhi vəziyyətinin yerində olmadığını yazıb. Onun sözlərinə görə, ifaçı təcili xəstəxanaya yerləşdirilməlidir.
Bununla əlaqədar olaraq, mütəxəssis həyat yoldaşına qulluq etmək üçün komediya ustası Maksim Qalkinə müraciət edib:
“Allanın reaktiv depressiyası sürətlə hissteroid-psixotik formalar alır. İntiharın qarşısını almaq üçün Maksim Qalkinə həyat yoldaşını məcburi xəstəxanaya yerləşdirməyi tövsiyə edirəm”.
Psixoloq bu qənaətə müğənninin estrada artisti Stas Mixaylova haqqında danışdığı videomüraciətə baxdıqdan sonra gəlib. Kadrlarda Puqaçova özünü qəribə aparıb və nalayiq ifadələr işlədib.
Günəş Mərd
















