• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Putin-Paşinyan görüşündə müzakirə olunacaq məsələlər AÇIQLANDI

SİYASƏT

18 Aprel 2022 | 16:17 | Müəllif: Qalib İbrahimoğlu

Putin-Paşinyan görüşündə müzakirə olunacaq məsələlər AÇIQLANDI

Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqlarda Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlər daxil olmaqla, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağla bağlı 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının gedişatına nəzər yetiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026