• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Putin qalib gəlsə, bu bizim məğlubiyyətimizdir" - Stoltenberq

DÜNYA

11 Oktyabr 2022 | 17:30

"Putin qalib gəlsə, bu bizim məğlubiyyətimizdir" - Stoltenberq

Ukraynanın müharibədə qalib gəlməsi bizim hamımız üçün vacibdir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Ukraynanın öz azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda apardığı bu mübarizdə qalib gəlməsi bizim hamımız üçün vacibdir. Əgər Putin bu müharibədə qalib gələrsə, bu yalnız Ukraynanın məğlubiyyəti olmayacaq. Bu, həm də bizim məğlubiyyətimiz deməkdir”, - NATO Baş katibi vurğulayıb.

Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynaya misilsiz dəstək verir və bu davam edəcək: “NATO müttəfiqləri Ukraynaya hərbi dəstək göndərir. Lakin eyni zamanda bu o deməkdir ki, ölkələrin hərbi sursatları azalır. Ancaq vurğulayım ki, biz Ukraynaya yardım etməklə doğru yoldayıq. Ancaq hərbi yardımı davam etdirmək üçün biz ehtiyatlarımızı artırmalıyıq ki, bu yardım davamlı olsun”.

NATO Baş katibi, alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasında ambisiyalı hədəflər barədə razılığa gələcəyinə ümid etdiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026