• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin Rusiyanı ən çox idarə edən prezident kimi tarixə düşəcək, amma...

SİYASƏT

18 Mart 2024 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

Putin Rusiyanı ən çox idarə edən prezident kimi tarixə düşəcək, amma...

Rusiyada 15-17 martda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələr açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Rusiya MSK-nın sədri Ella Pamfilova bildirib ki, bülletenlərin 99,1 faizi sayılıb. Hazırkı nəticələrə görə Vladimir Putin 87,33 faiz səslə liderlik edir. Nikolay Xaritonov (Kommunist Partiyası) 4,31, Vladislav Dvankov 3,79, Leonid Sturski isə 3,19 faizlə sonuncu yerdədir.

Putin yeni prezidentlik müddətində hədəflərini də açıqlayıb. Kreml rəhbəri qeyd edib ki, Ukraynada xüsusi hərbi əməliyyatla bağlı məsələlərin həll edilməsi və müdafiənin gücləndirilməsi yeni prezidentlik müddətində əsas hədəflərdən olacaq.

Qonşu ölkədəki seçkinin nəticələrini Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Fuad Abbasov deyib ki, Rusiyada keçirilən prezident seçkisində Vladamir Putinin qalib gəlməsi propaqandanın uğurlu fəaliyyətinin nəticəsidir.

Ekspertin sözlərinə görə, Rusiya dövlət kanalları, eləcə də dövlətin nəzarətində olan çoxsaylı mətbuat orqanları Putinin qələbəsi üçün ciddi təbliğat missiyası həyata keçirdi:

"Ümumən, son aylarda Kreml rəhbəri ilə bağlı elə güclü təbliğat getdi ki, Hitlerin təbliğat naziri Qebbelsin məşhur propaqandası onun yanında sönük qaldı. Putinin təbliğat maşını müasir texnologiyaları və insanların psixologiyasını çox effektli formada istifadə etdi. Əmin olun, belə güclü propoqanda ilə nəinki Putini, hətta çoxluğun tanımadığı bir fiquru belə ölkəyə prezident seçmək mümkün olardı”.

Müsahibimiz Rusiya efirlərində gedən verilişlərdə bilavasitə bunun şahidi olduğunu deyib:

“O baxımdan Kreml rəhbərinin müharibə şəraitində və mövcud rəqiblərlə mübarizə fonunda budəfəki seçkidə 88 faizlə səs qalib gəlməsi heç də təəccüblü deyil”.

Fuad Abbasov:Hitlerin təbliğat naziri Qebbelsin məşhur propaqandası onun yanında sönük qaldı

Fuad Abbasoa görə, Vladimir Putin SSRİ rəhbəri Leonid Brejnevdən sonra Rusiyanı ən çox idarə edən prezident kimi tarixə düşəcək:

“Beləcə Putin bir ilkə imza atmış olacaq. Amma digər tərəfdən prosesin son nəticədə Haaqa Məhkəməsində, yaxud Hitler kimi intiharla nəticələnməyəcəyinə heç kim qarantiya verə bilməz".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026