• Bakı 20° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Putin seçkilərlə bağlı xalqa müraciət etdi

DÜNYA

14 Mart 2024 | 10:20

Putin seçkilərlə bağlı xalqa müraciət etdi

Xalqımız martın 15-17-də keçiriləcək prezident seçkilərində iştirak etməlidirlər, çünki bu, yaxın illərdə Rusiyanın inkişafına təsir göstərəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciətində deyib. 

Ölkə başçısı videomüraciətində qeyd edib ki, birlikdə irəliləmək əzmini təsdiq etmək lazımdır: "Səsinizin hər biri dəyərli və əhəmiyyətlidir. Ona görə də sizi növbəti 3 gündə səsvermə hüququnuzdan istifadə etməyə çağırıram".

O, Rusiyanın çoxmillətli xalqının böyük bir ailə olduğunu vurğulayıb: "Yalnız siz, Rusiya vətəndaşları, Vətənin taleyini müəyyənləşdirirsiniz. Siz sadəcə səs verməklə kifayətlənməməli, iradənizi və arzularınızı, Rusiyanın gələcək inkişafında şəxsi iştirakınızı qətiyyətlə bəyan etməlisiniz, çünki seçkilər gələcəyə bir addımdır". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026