• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Putin və Makron Qarabağı müzakirə etdilər

SİYASƏT

15 Noyabr 2021 | 23:58 | Müəllif: Subhan Mahmudov

Putin və Makron Qarabağı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Qarabağ və bütövlükdə bölgədə cərəyan edən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026