Kreml Rusiya və Ermənistan liderlərinin telefon danışığına dair məlumat yayıb.
Bakıvaxtı.az Kremlə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda stabilliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki olaraq qarşıda duran məsələlərin həllinə diqqət yetirilməklə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Müzakirə əsnasında Laçın yolu kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanmış fundamental razılaşmaların bütün şərtlərinə ciddi əməl olunmasının vacibliyi bir daha öz təsdiqini tapıb.
13:05
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə hökumətin Mətbuat xidmətindən bildirilib.
Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
















