Rusiya Prezidenti Vladmir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, prezidentlər tərəflər arasında müxtəlif sahələrə dair məsələləri, o cümlədən birgə infrastruktur layihələrini müzakirə edib.
Vladimir Putinlə İbrahim Rəisi təmasları gələcəkdə də davam etdirəcəklərini bildiriblər.















