• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yutuberin zarafatı silahlı hücumla sonlandı

DÜNYA

05 Aprel 2023 | 13:14

Yutuberin zarafatı silahlı hücumla sonlandı

ABŞ-ın 21 yaşlı YouTube fenomeni Tanner Kuk zarafat etdiyi şəxs tərəfindən silahla vurulub.

Bakıvaxtı.az xəbər verir ki, mədəsindən yaralanan Kukun müalicəsi xəstəxanada davam etdirilir.

İnsanları qıcıqlandırmaq üçün qəribə davranışlar nümayiş etdirdiyi videoları çəkən YouTube fenomeni bu dəfə zarafatını Virciniya ətrafında yerləşən ticarət mərkəzində etmək istəyib. Xoşagəlməyən oyunun hədəfi olan 31 yaşlı Alan Kolie silahını çıxararaq Kukun qarnına atəş açıb. Bu zaman dostu baş verənləri videoya çəkirmiş.

İlk müdaxilə edənlər gənc fenomeni xəstəxanaya çatdırıblar. Kuk əməliyyat olunmalı olub.

"Mən sadə zarafat edirdim, oğlan bunu yaxşı qəbul etmədi. Silahı çıxarmadan əvvəl heç nə demədi", - Kuk deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR