Ukrayna prezident Vladimir Zelenski və xanımı Yelena Zelenska bu gün Polşaya səfərə gedib.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki bu səfər prezidentin üçüncü xaricə səfəri olub və genişmiqyaslı müharibə başlayandan bəri elan edilən ilk səfərdir.
Polşa prezidentinin ofisindən verilən məlumata görə, prezident Anjey Duda və xanımı tərəfindən qonaqların rəsmi görüşündən sonra ölkə liderləri Prezident Sarayında danışıqlar aparacaqlar. Bundan sonra nümayəndə heyətlərinin danışıqları baş tutacaq.
Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marcin Przydacz bildirib ki, danışıqlar zamanı tərəflər “təhlükəsizlik siyasətindən başlayaraq Polşa-Ukrayna münasibətlərinin bütün spektrinə” toxunacaq, tarixi məsələlər də qaldırılacaq.
Murad Məmmədli







jpg-1683274884.webp)








