Perm Dövlət Universitetində baş verən kütləvi qətllə bağlı polis bütün detalları araşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Hüquq-mühafizə orqanları bu dəhşətli cinayətin səbəblərinin araşdırılması üçün hər şeyi edir”, - deyə dövlət başçısı bildirib.
Dövlət başçısı baş vermiş kütləvi qətllə bağlı ölənlərin ailə və yaxınlarına da başsağlığı verib.
Qeyd edək ki, Timur Bekmansurovun universitetdə atəş açması nəticəsində 6 nəfər ölüb, 24-ü isə yaralanıb.
















