• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Putinin Kremlə hücuma reaksiyası necə oldu?

DÜNYA

04 May 2023 | 14:41

Putinin Kremlə hücuma reaksiyası necə oldu?

“Rusiya Prezidenti Vladimir Putin ekstremal hallarda hər zaman təmkinini qoruyur”.

Bakıvaxtı.az -ın “Lenta.ru”ya istinadən xəbərinə görə, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov Putinin Kremlə PUA-larla hücum xəbərinə necə reaksiya verməsi barədə suala cavabında deyib.

Onun sözlərinə görə, Putin qeyri-standart vəziyyətlərdə özünü sakit və soyuqqanlı aparır, dəqiqliklə göstərişlər verir: “Buna görə də, bu baxımdan yeni bir şey baş vermədi”.

Xatırladaq ki, Rusiya tərəfi martın 3-nə keçən gecə Ukraynanın PUA-larla Kremlə hücum etməyə cəhd etməsi barədə məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər Kremlə yaxınlaşan iki PUA-nı zərərsizləşdirib. Hadisə zamanı V.Putin Kremldəki iqamətgahında olmayıb. Ukrayna isə hücumun Kiyev tərəfindən təşkil edildiyini təkzib edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026