• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Putinin ordusu Polşaya çatacaq – Xəbərdarlıq

DÜNYA

18 Iyun 2024 | 01:30

Putinin ordusu Polşaya çatacaq – Xəbərdarlıq

Ukraynaya köməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok yerli mediaya müsahibəsində deyib.

“Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nələr ödəməli olacağımızı hesablamaq çətindir. Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, - Berbok bildirib.

O qeyd edib ki, Ukrayna özünü müdafiə edə bilməsə, Avropaya miyonlarla insan ordan Avropaya qaçmağa məcbur olacaq:

“Mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə xatırladıram. Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün, ona görə də Ukraynaya yardım genişləndirilməlidir”.


SON XƏBƏRLƏR