• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qadın güləşçimiz Avropada medal qazandı

İDMAN

26 Oktyabr 2023 | 21:58 | Müəllif: Subhan Mahmudov

Qadın güləşçimiz Avropada medal qazandı

Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib.

Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb.

Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq), Vaxit Qalayev (125 kq) bürünc mükafata sahib olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026