• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Qadın onu Dubaya aparmayan ərini öldürdü

DÜNYA

03 Dekabr 2023 | 18:35 | Müəllif: Subhan Mahmudov

Qadın onu Dubaya aparmayan ərini öldürdü

Hindistanın Puna şəhərində qadın ərini doğum günündə Dubaya tətilə getməkdən imtina etdiyi üçün burnuna bir zərbə vuraraq öldürüb.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli polisə istinadən xəbər verilib.

"36 yaşlı kişi ad gününü qeyd etmək üçün onu Dubaya aparmaq istəmədiyinə görə həyat yoldaşının burnuna yumruq vurması nəticəsində dünyasını dəyişib", - məlumatda vurğulanır.

Polisdə qeyd edilib ki, 38 yaşlı Renukanın vurduğu zərbə o qədər güclü olub ki, onun əri Nihildən güclü qan axmağa başlayıb.

"Nihilin burnu və bir neçə dişi sınıb. Nihil güclü qanaxma səbəbindən huşunu itirib", - yerli polis əməkdaşı bildirib.

Kişi zərbədən sonra dünyasını dəyişib. Polis qadına qarşı cinayət işi qaldırıb və əlavə araşdırma üçün onu nəzarətə götürüb./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026